Gömrük xidmətləri

– Bütün növ gömrük bəyannamələrinin tərtib olunması
– Təmsil etdiyi şəxsin tapşırığı əsasında yüklərin tam gömrük rəsmiləşdirilməsi
– Gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin hazırlanması
– Gömrük kodunun müəyyən edilməsi xidməti
– Nəqliyyat sənədlərinin tərtibi (CMR, TIR CARNET, GƏMİ QAİMƏSİ)
– Gömrük rəsmiləşdirilməsi zamanı müvafiq dövlət orqanından tələb olunan icazə sənədinin alınması
– Beynəlxalq yük daşımalarının sürəli və təhlükəsiz həyata keçirilməsi
– Həssas və xüsusi saxlanma şəraiti tələb olunan yüklərin daşınması

Broker xidməti
Gömrük orqanlarına getmədən işlərinizi peşəkar kollektivimizə həvalə edərək vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yüklərinizi rahatlıqla ünvanınızda təhvil ala bilərsiniz.
GTN Group MMC olaraq əsas məqsədimiz gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilmiş və effektiv həll yollarını təklif etmək, bununla da müştərilərimizin biznesinin inkişafına töhvə verməkdir.
Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük idarəsi, Enerji Resursları Və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarəsi üzrə mallarınızın rahat və sürətli gömrük rəsmiləşdirilməsini bizə həvalə edə bilərsiniz.

Logistika xidməti

GTN Group MMC təcrübəli logistika mütəxəssislərimizlə müxtəlif növ yüklərinizin dünyanın istənilən istiqaməti üzrə təhlükəsiz və sürətli daşınmasını təmin edir. Mütəxəssislərimiz müştərinin tələblərini təhlil edir, daşınan yükün çıxış və təyinat nöqtələrini, həmçinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq ən optimal logistik həlləri təklif edir.
– Hava daşıması – daşıma növləri arasında vaxta qənaət baxımından ən sürətli daşıma növü hesab olunur. Qlobal aviaşirkətlər ilə güclü biznes əlaqələrimiz bizə imkan verir ki, ölçülərindən və həcmindən asılı olmayaraq yüklərin vaxtında və sərfəli qiymətlərlə hava yolu ilə beynəlxalq yük daşımalarını həyata keçirək.
– Quru daşıması – şirkətimizin beynəlxalq nəqliyyat şirkətləri ilə yaxın əməkdaşlığı sayəsində Avropa, Baltikyanı, Balkan, MDB və Mərkəzi Asiya ölkələrindən yüklərin avtomobil nəqliyyat vasitəsi ilə vaxtında və etibarlı çatdırırlması təmin olunur. Həmçinin regionda geniş tərəfdaş şəbəkəsi ilə biz müxtəlif ölkələrdən rəqabətcil qrupaj və konsolidasiya xidmətləri təklif edirik.
– Dəniz yolu ilə daşıma – hal hazırda beynəlxalq yük daşımalarında ən çox istifadə olunan nəqliyyat vasitərindən biridir. Geniş beynəlxalq lojistik şəbəkə vasitəsilə biz sizin mallarınızı dəniz yolu vasitəsi ilə dünyanın istənilən nöqtəsinə və nöqtəsindən qapıdan qapıya çatdırılma prinsipi əasasında daşınmalarını təşkil edirik.
– Dəmiryolu daşınması – üstü açıq, qapalı və ya xüsusi vaqon-platforma tələbinizindən asılı olaraq şirkətimiz, dəmir yolu vasitəsi ilə adi konteynerlər və ya təhlükəli malların daşınması da daxil olmaqla hər cür daşınmaları həyata keçirə bilər. Mütəxəssislərimiz müştərilərimizə yük daşınması üzrə ən optimal marşrutu təklif edəcək və onları ekspedisiya cədvəli ilə təmin edəcək.